Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ
Bizi izləyin

Hadisə

Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Belə ki, Astara sakini R.Fərziyev idarə etdiyi “vaz 21063” markalı avtomobillə axşam saatlarında rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Fərziyev barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm