Bakıda toy edənlər cərimələndi - FOTO
Bizi izləyin

Hadisə

Bakıda toy edənlər cərimələndi - FOTO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən “Zəfər Qalası” restoranında sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbir zamanı obyektin sahibi Ziya Nuriyevin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Toy zamanı restoranda olan 40 nəfər barəsində inzibati protokol tərtib edilib.

Toyun keçirilməsində iştirak edən şəxslər 8000 manat məbləğində cərimələniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm