Gəncədə dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR/FOTO
Bizi izləyin

Hadisə

Gəncədə dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR/FOTO

Gəncə şəhərində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Publika.az-ın yerli bürosu xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində "VAZ-21015" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1 nəfər - 41 yaşlı Hicran İsayeva ölüb, daha 3 nəfər - 27 yaşlı Əruz Əkbərov, 48 yaşlı Ceyhun Mirzəyev və 37 yaşlı Zəminə Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm