Gəncə daha bir şəhidini son mənzilə yola saldı - FOTO
Bizi izləyin

Hadisə

Gəncə daha bir şəhidini son mənzilə yola saldı - FOTO

Gəncə şəhərində daha bir Vətən müharibəsi şəhidi Elvin Mustafayev son mənzilə yola salınıb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə 24 yaşlı şəhidimiz Fizuli istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Dünən onun şəhid olması xəbəri açıqlandı.

Şəhid Elvin Mustafayev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, dostları, döyüş yoldaşları ilə yanaşı şəhər rəsmiləri də iştirak edib. Bir daha 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımıza Allahdan rəhmət dilənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm