Qubada ağır qəza - YARALILAR VAR
Bizi izləyin

Hadisə

Qubada ağır qəza - YARALILAR VAR

Qubada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Quba şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə 42 yaşlı Qubatov Vüqar Qadir oğlu, 22 yaşlı Süleymanov Həzrət Tərlan oğlu və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar Quba Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər. V.Qubatovun vəziyyəti ağır, digər yaralıların vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm