Şəmkirdə şirkət əməkdaşı ağır xəsarət aldı
Bizi izləyin

Hadisə

Şəmkirdə şirkət əməkdaşı ağır xəsarət aldı

İyunun 20-də saat 09 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Publika.az-a Şəmkir rayon Prokurorluğunundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşıması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm