Azərbaycanda avtomobil polisi vuraraq öldürdü - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda avtomobil polisi vuraraq öldürdü - FOTO - (YENİLƏNDİ)

Şabranda "Mercedes" markalı avtomobil polisi vuraraq öldürüb.

Hadisə gecə saat 01:30 radələrində Şabran rayonunun Sincan- Boyat kəndi ərazisində, Bakı-Quba yolunun 124-cü kilometrliyində qeydə alınıb.

Şabran rayon sakini Əbülfəz Kərimovun idarə etdiyi avtomobillə yolu keçən piyada, rayonun Uzunboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu vurub.

Təbriz Heybətov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və
Təhqiqat İdarəsinin "Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi"ndə cinayət işi açılıb.

Qəzanın başvermə səbəbi araşdırılır.

xxx

Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.

Hadisə rayonun Uzunboyad kəndində qeydə alınıb.

Polis nəfəri, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu avtomobil vurub. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm