Polisi öldürmək istəyən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Polisi öldürmək istəyən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI - (YENİLƏNDİ)

İyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.

Cəbrayıl Rayon Prokurorluğundan Publika.az bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Sərvan Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı polis serjanti Qurban Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sərvan Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

xxx

10:54

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar rayonu ərazisində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

S.Yaqubov saxlanılıb.

10:18

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.

Hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (unikal.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm