Qəbələdəki yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qəbələdəki yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ

Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb.

FHN-dən Publika.az-a bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur.

İlkin məlumata əsasən, təqribən 2 hektar sahədə quru ot, kol-kos və məişət tullantıları yanır.

Əlavə məlumat veriləcək.

xxx

19:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 2 ha sahədə məişət tullantıları, quru ot və kol-kos yanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm