Hadisə
Tofiq Hüseynov vəfat etdi - FOTO
Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.
Publika.az xəbər verir ki, 70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.
T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.
2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!

-
MDB10:30Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
-
ABŞ10:12Vensin dördüncü övladı dünyaya gəldi
-
Köşə09:24120 dəqiqəyə sığmayan final və ya Messinin top istəyən baxışları
-
Avto07:15Maşın bazarında niyə alıcı tapılmır? - Video
-
ABŞ06:46ABŞ-dan İrana ardıcıl doqquzuncu gecə hücumları dalğası
-
ABŞ01:40ABŞ hərbçisi həlak oldu - Pentaqon açıqlama yaydı
-
Qoroskop01:20Günün ulduz falı: Risk almaqdan qorxmayın!
-
İdman00:27DÇ-2026: Bağlanış mərasimində ulduzlar keçidi - Foto









.jpg)
.jpg)
























