Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü... - FOTO
Bizi izləyin

Hadisə

Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü... - FOTO

Kürdəmirdə ağır yol qəzası baş verib, 6 nəfər xəsarət alıb, onlardan 5-i bir ailənin üzvüdür.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə avqustun 13-də saat 16:30 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, eyni markadan olan üç “Hyundai” markalı avtomobil toqquşub.

Hadisə zamanı Bakı sakini 44 yaşlı Ceyhun Şakay oğlu Qədirova məxsus avtomaşın yanaraq külə dönüb və sürücü xəsarət alıb.

Bundan başqa digər avtomobildəki sürücü, 29 yaşlı Asim Asif oğlu Həsənov və onun ailə üzvləri 27 yaşlı Həsənli Nuranə Rüstəm qızı, 29 yaşlı Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yanan avtomobili söndürmək üçün hadisə yerinə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər avtomobillərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm