Şəmkirdə AĞIR QƏZA: ölənlər var
Bizi izləyin

Hadisə

Şəmkirdə AĞIR QƏZA: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Qasımalılar kəndində “INFINITI” və “Ford” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az verilən məlumata görə,hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1954-cü il təvəllüdlü Qasımova Ofeliya Əliş qızının və 1961-ci il təvəllüdlü Tağıyeva Familə Bəhram qızının meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm