Hadisə
Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü - YENİLƏNDİ
FHN-in məlumatına görə, Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Yanğın zamanı 4 ha sahədə kol-kos və ağaclar yanıb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
17:23
xxx
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Publika.az nazirliyin saytına istinadla xəbər verir ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən dağlıq ərazidə 4 ha sahədə kol-kos və ağaclar yanır.
Əlavə məlumat veriləcək.
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü















.jpg)





















