Hadisə
Qəbələdəki yanğının genişlənməsinin qarşısı alındı
Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi sayəsində Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısı alınaraq nəzarət altına alınması mümkün olub.
FHN-dən Publika.az-a verilən məlumata görə, hazırda ərazidə bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri həyata keçirilir.
Qeyd edək ki, relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq həyata keçirilir.
Yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq