Hadisə
Viski oğrusu ələ keçdi - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən böyük marketlərin birindən 815 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.
Publika.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynbala Əhmədov saxlanılıb.
Araşdırma zamanı onun müştəri qismində bir neçə dəfə mağazaya daxil olduğu və bahalı spirtli içkiləri geyimində gizlədərək oradan uzaqlaşdığı məlum olub. H.Əhmədov ifadəsində əməlini etiraf edib və viskiləri oğurladıqdan sonra içdiyini bildirib.
Həmin mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir











.jpg)






.jpg)

















