Bakıda mənzildən 22 min manatlıq OĞURLUQ
Bizi izləyin

Hadisə

Bakıda mənzildən 22 min manatlıq OĞURLUQ

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Binə qəsəbəsindəki evlərin birindən 7100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun Suraxanı rayonu ərazisindəki iki evdən 1950 manat pul və 13.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm