Nigarın intihar etdiyi mənzilin FOTOLARI - ATASI YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞIR
Bizi izləyin

Hadisə

Nigarın intihar etdiyi mənzilin FOTOLARI - ATASI YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞIR

Azərbaycanda məşhur ailənin övladının intihar etməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Bakının mərkəzində - 28 May metrostansiyasının yaxınlığında yerləşən 28 May küçəsi 10 ünvanındakı mənzildə özünü asaraq həyatına son qoyan 1986-cı il təvəllüdlü Nigar Məmmədovanın atası Süleyman Məmmədov yüksək vəzifədə çalışır.

Belə ki, mərhumun atası hazırda Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis müavini vəzifəsini tutur. O, daha əvvəl gömrük sistemində ümxtəlif vəzifələrdə çalışıb. Nigarın babası isə Birinci Qarabağ Müharibəsi veteranı, tanınmış hərbçi, polkovnik Hamlet Hüseynovdur.

Maliyyə Nazirliyinin rəhbərliyi Süleyman Məmmədova qızının vəfatı ilə əlaqədar başsağlığı verib.

İntihar faktı ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır.

Stomotoloq kimi çalışan və blogerlik edən Nigar Məmmədovanın hansı səbəbdən, hansı şəraitdə həyatına son qoyması açıqlanmır.

İntihar hadisənin baş verdiyi evin və Nigarın bəzi fotolarını təqdim edirikş

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm