Daha bir rayonda yanğın oldu
Bizi izləyin

Hadisə

Daha bir rayonda yanğın oldu

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 102 kvadratmetr olan dərzi sexi, bərbərxana və telefon mağazasından ibarət tikilinin tavanı 60 kvadratmetr sahədə yanıb.

Yanğın yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq söndürülüb.

Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm