Azərbaycanda dəhşətli hadisə: Evə qayıdarkən öldülər - TƏFƏRRÜAT/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli hadisə: Evə qayıdarkən öldülər - TƏFƏRRÜAT/YENİLƏNDİ

Ötən gecə Sabirabad rayonunda baş vermiş dəhşətli yol qəzasının təfərüatları məlum olub.

Publika.az xəbər verir ki, rayon ərazisində “Qaz” markalı yük maşınının Sabir kanalına aşması nəticəsində vəfat edən şəxslərin ikisi də Nərimankənd kəndinin sakinləridir.

Belə ki, hadisə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlu gecə saatlarında kəndə qayıdarkən baş verib. F.Bayramov maşını kəndin girişi istiqamətində döndərərkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb və ön kabina hissəsi su kanalına düşüb. Bu zaman hər iki şəxs maşından çıxmağa cəhd göstərdiyi vaxt avtomobil yanı üstə suya yuvarlanıb. Nəticədə kabina tamamilə su ilə dolub və onların ikisi də boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Muxtar

*****

09:00

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə, rayonun Nərimankənd kəndində "QAZ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm