Hadisə
Vəkil Tağı Əhmədovun məhkəmədə dindirilməsini tələb etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Publika.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən S.Xəlilovun vəkili Hafiz Ələsgərov vəsatət qaldırıb.
O, S.Xəlilovla “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov arasında telefon danışıqlarının məhkəmədə araşdırılmasını istəyib.
Həmçinin vəkil T.Əhmədovun məhkəməyə çağırılaraq dindirilməsini də tələb edib.
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin olunub.
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə S.Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib.
Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ






.jpg)
.jpg)



.png)







.jpg)


















