Hadisə
Yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanıldı
Hacıqabul rayonunda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Hacıqabul rayon sakini Ə.Ağayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayon sakini Q.Aslanov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək





































