Hadisə
“Azəriqaz”da könüllü qanvermə aksiyası keçirildi
“Azəriqaz” İstehsalat Birliyinin işçiləri hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında iştirak edib.
Bu barədə Publika.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilir ki, Azərbaycanda hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara olduqca həssas yanaşılır. Hətta bu xəstəlikdən əziyyət çəkən uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası yüksək səviyyədə davam etdirilir. Reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyasına “Azəriqaz” İstehsalat Birliyi də hər zaman həssas yanaşır. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. Birliyin inzibati binasında rəhbər şəxslərin də iştirakı ilə keçirilən xeyriyyə aksiyasında 127 nəfər könüllü qan verib.
Növbəti günlərdə Birliyin Təmir-Tikinti İdarəsi və Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları da bu xeyirxah aksiyaya qoşulacaq.
Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır



















.jpg)




.jpg)











