MDB
50 minlik şəhərə 70 min çinli gətirilir! - Nə baş verir?
Rusiyanın Leninqrad vilayətində yerləşən Kinqisepp rayonuna on minlərlə çinli işçinin gətirilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, Rosbalt nəşrinin məlumatına görə, Çinin “Seven” (CC7) tikinti korporasiyası bölgədə nəhəng qaz-kimya kompleksinin inşası üçün 70 min xarici işçiyə icazə verilməsini istəyib. Bu rəqəm Kingisepp şəhərinin təxminən 50 708 nəfərlik əhalisindən 19 mindən çoxdur.
Leninqrad vilayətinin müvafiq komissiyası 2027-ci il üçün 18 620 çinli mütəxəssisin işə cəlb edilməsinə kvota ayırıb. Bu, regionda viza əsasında işləyəcək əcnəbilər üçün təsdiqlənmiş bütün kvotaların 82 faizini təşkil edir. Şirkətin ümumi işçi qüvvəsi tələbi isə 70 min nəfərə çatır.
Çinli fəhlələr və mühəndislər Ust-Luqa limanı yaxınlığında tikilən qaz emalı və qaz-kimya kompleksində çalışacaqlar.
Layihənin ümumi dəyəri 5,35 trilyon rubl qiymətləndirilir. Müəssisənin ildə 45 milyard kubmetr təbii qaz emal etməsi, 13,1 milyon ton mayeləşdirilmiş qaz və 2,8 milyon ton polietilen istehsal etməsi nəzərdə tutulur.
Tikinti işləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən çətinliklərlə üzləşib. Almaniyanın “Linde” konserni 2022-ci ildə layihədə iştirakını dayandırıb. (Musavat.com)
-
İdman22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?















.jpg)








.jpg)



.jpg)







