Hadisə
Göyçayda karantini pozanlar cəzalandırıldı - FOTO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-yoxlama tədbirləri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən şəxslərlə izahedici söhbətlər aparılıb. Rayondaxili marşrut avtobuslarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.
Mağazalarda, ictimai iaşə obyektlərində, eləcə də digər qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən satıcılar aşkarlanıb,onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Mövcud qayda və tələblərə riayət etməklə fəaliyyət göstərməyin vacibliyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin








.png)














.webp)










.jpg)
.jpg)