Hadisə
Azərbaycanda ŞOK HADİSƏ: 5-ci sinif şagirdi ilə əlaqədə olub kameraya çəkdilər - VİDEO
Video əlavə olunub.
***
Şamaxı rayonunda yetkinlik yaşına çatmayan oğlanla cinsi əlaqəyə girmiş şəxslər barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Şamaxı rayon Məhkəməsində XXXXX qəsəbə sakini, 1998-ci il təvəllüdlü Ramil Ağayev (soyadlar şərtidir) və 2004-cü il təvəllüdlü Pərvaz Babayev barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış iş üzrə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə prosesində bildirilib ki, hadisə ötən ilin 26 may tarixində saat 17 radələrində baş verib. Ramil həmyerlisi Pərvaza qəsəbəinin yaxınlığındakı sahədə heyvanları otaran 2010-cu il təvəllüdlü, orta məktəbin 5-ci sinif şagirdi Qədir Xəlilovla (şərti ad-soyadlı) cinsi əlaqədə olacağını, onunla birlikdə gəlməsini bildirib. Sahəyə çatanda onlar Qədirin əkin sahəsinin yaxınlığında olduğunu görüblər. Ramil və Pərvaz 11 yaşlı oğlanı sahənin kənarındakı çökəkliyə aparıblar və orada onu üzü üstə uzandıraraq qeyri-təbii yolla cinsi əlaqədə olublar. Bu zaman Pərvaz Ramilin telefonu ilə onları videoya çəkib.
Hadisədən bir neçə gün sonra azyaşlının valideynləri Qədirə qarşı edilmişlərdən xəbər tutub. Dərhal Şamaxı rayon Polis Şöbəsinə məlumat verilib. Ötən ilin 2 iyun tarixində hər iki şəxs həbs edilib.
Məhkəmədə zərərçəkmiş uşağın valideyni Ramil və Pərvazdan şikayətçi olmadığını, onların Qədiri zorlamadığını bildirib.
Təqsirləndirilən şəxslər də törətdikləri əməli etiraf ediblər. Lakin Qədirə qarşı zor tətbiq etmədiklərini, könüllü razılıq əsasında cinsi əlaqədə olduqlarını deyiblər. Həmçinin çəkdikləri videonu hadisədən bir neçə gün sonra sildiklərini qeyd ediblər.
Qədirin atası isə daha sonra Ramildən həmin telefonu alaraq sındırıb.
Fevralın 24-də başa çatan məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasın Ramil 1 il 3 ay, Pərvaz isə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır







































