Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub
Bizi izləyin

Hadisə

Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub

Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub

Bərdə rayon sakini Bakıda müəmmalı şəraitdə ölüb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bərdə rayonunun Piyadalar kənd sakini, 1990-cı il təvəllüdlü Vüqar Elman oğlu Məmmədov Bakıda tikinti obyektlərinin birində işləyirmiş.

Məlumata görə, onun meyiti iş yoldaşları tərəfindən şəxsi avtomobillə Bakının Qala qəsəbəsində yaşayan qardaşının evinə gətirilib. Yaxınları meyitə baxış keçirərkən V.Məmmədovun bədənində xəsarət izləri aşkar ediblər.

Meyiti gətirən şəxs mərhumun qardaşına və onun həyat yoldaşına hadisə barədə heç kimə məlumat verməməyi, meyiti dəfn etməyi təklif edib.

Lakin mərhumun yaxınları məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm