Hadisə
DYP 3 nəfərin öldüyü dəhşətli hadisə barədə məlumat yaydı
Baş Dövlət Yol Polisi İdarəsi ötən gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az idarəyə istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes- Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər – Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn oğlu hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə23 Noyabr 13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?










.jpg)


.jpg)



.jpg)





.jpg)


.jpg)







