Hadisə
Hacıqabulda sel yolu yuyub apardı - YENİLƏNDİ
Məsələ ilə əlaqədar Publika.az-a açıqlama verən Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, dünən həmin torpaq keçid bərpa olunub, lakin sel yuyub aparıb: "Bu gün həmin yol yenidən bərpa olunacaq.
src="/storage/files/upload/8585569c01d401f271e1cb1db89a265f32a0a787.jpg" style="width: 364px; height: 311.682px;" class="fr-fic fr-dib">
Pirsaat çayı üzərində yeni körpü tikilir. Bununla da gələcəkdə bu kimi problemlər köklü şəkildə öz həllini tapmış olacaq. Bu il ərzində həmin körpünün istifadəyə verilməsi nəzərdə tutulur”.
xxx
Hacıqabulda sel körpünü yenidən uçurub.
Publika.az">Publika.az Report-a istinadən xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar yaranıb. Yeli sakinlərin sözlərinə görə, sel-suları çayın üzərindəki köhnə körpünü uçuraraq tamamilə yararsız hala salıb. Bununla da Udulu kəndi istiqamətindən 7 yaşayış məntəqəsinin rayonla əlaqəsi müvəqqəti kəsilib.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel-sular Udulu kəndini birləşdirən çay üzərindəki körpünü uçursa da, yaşayış məntəqələrini birləşdirilən Tağılı kənd istiqamətindəki alternativ yoldan istifadə edilir. Uçan körpünün yaxınlığında isə yeni körpü tikilir. Sel dayanan kimi həmin körpünün tikintisi davam etdiriləcək.
Tikinti başa çatdıqdan sonra əhalini narahat edən problem birdəfəlik həll olunacaq.
Qeyd edək ki, sel mayın 9-da axşam saatlarında da Pirsaatçay üzərindəki köhnə körpünü uçurmuşdu.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək





































