Hadisə
Narkotikin təsiri altında olan sürücü saxlanıldı - FOTO
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, bir neçə gün öncə “Volkswagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, rayon sakini Hamlet Adıgözəlov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Adıgözəlovun marixuana istifadə edib, avtomobil idarə etdiyi məlum olub.
Özü ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO



















.png)

















