33 yaşlı qadın itkin düşdü
Bizi izləyin

Hadisə

33 yaşlı qadın itkin düşdü

Tovuzda 26 gün öncə itkin düşən qadın axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundanPublika.az"> Publika.az-a verilən məlumata görə, Tovuz rayon Əlibəyli kənd sakini, 1989-cı il təvəllüdlü Günel Mürşüdova may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: boyu 160 sm, orta bədən quruluşlu və ruhi xəstədir. Evdən çıxarkən onun əynində qırmızı rəngli köynək, qara şalvar və qırmızı yay ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm