Hadisə
Azərbaycanda toyda kütləvi zəhərlənmə oldu
Hacıqabulda toyda kütləvi zəhərlənmə baş verib.
Publika.az“Report”a istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhəri Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda keçirilən toy mərsimində 12 nəfərdən çox adamın halı qəflətən pisləşib. Bu barədə məlumat daxil olan kimi təcili yardım stansiyasının əməkdaşları hadisə yerində olub. Toyda zəhərlənən bir çox adama hadisə yerindəcə ilkin tibbi yardım göstərilib, bəziləri isə yardımdan imtina ediblər.
Hacıqabul sakinləri, 1962-ci il təvəllüdlü Rüstəmov İlham Həsən oğlu, 1984-cü il təvəllüdlü İbrahimova Gülnaz İsgəndər oğlu, Ağayeva Bəsti Müşfiq qızı və daha 9 nəfər Hacıqabul və Şirvan şəhər xəstəxanalarına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərildikdən sonra sağlamlıq üçün elə bir ciddi təhlükə olmadığından ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək





































