Hadisə
"Qaragözova" klinikasına böyük məbləğdə cərimə - Məhkəmə QƏRARI
“Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati qaydada tərtib olunmuş protokol üzrə məhkəmə qərarı açıqlanıb.
Publika.az">Publika.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baş tutan iclasda Səhiyyə Nazirliyinin apardığı yoxlamalar üzrə tərtib etdiyi protokol təsdiq olunub.
Klinika 6 min manat məbləğində cərimə olunub.
“Qaragözova” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə protokol yazılıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Qaragözova” MMC Nəsimi rayonu ərazisində tibbi klinika kimi fəaliyyət göstərir.
Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.
(Teleqraf.com)
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı