20 yaşlı oğlan göldə boğuldu
Bizi izləyin

Hadisə

20 yaşlı oğlan göldə boğuldu

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb.

Bu barədə Publika.az">Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A.Səlomovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu A.Səlimovun meyitini taparaq aidiyyəti üzrə təhvil verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm