Hadisə
Lənkəranda bir nəfər xilas edildi - DSX
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən Publika.az-a verilən məlumata görə, 10 iyul tarixində saat 21:15-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinə Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub.
Qısa müddət ərzində Sahil Mühafizəsinin “Tufan” gözətçi gəmisi həmin istiqamətə göndərilərək sutkanın qaranlıq vaxtı axtarış tədbirlərinə cəlb olunub.
Saat 21:10-da sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Lənkəran rayon Kənarmeşə kənd sakini 13 aprel 1975-ci il təvəllüdlü Mustafayev Rameş Qubad oğlu xilas olaraq sudan çıxarılıb.
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxs ailə üzvlərinə təhvil verilib.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO










.jpg)













.jpg)











