Brokenyerlər saxlanıldı, avadanlıqları müsadirə olundu
Bizi izləyin

Hadisə

Brokenyerlər saxlanıldı, avadanlıqları müsadirə olundu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Xidmətdən Publika.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Zərdab rayon sakini Fuad Məmmədov və Gədəbəy rayon sakini Dəyanət Cəfərov olduğu müəyyən edilib.

Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Dövlət qurumundan onu da bildiriblər ki, nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Şənlik kəndi ərazisindən keçən kollektordan 80 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm