Hadisə
Kürdəmirdə ağır qəza: xəsarət alanlar var
Kürdəmir rayonu ərazisində avtomobil aşıb, 3 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Gəncə şəhər sakini, 29 yaşlı Bəxtiyar Zaur oğlu Əhmədovun idarə etdiyi "Hyundai" markalı avtomobillə yolda hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə, sürücü və avtomobildə olan iki sərnişin - Gəncə şəhər sakinləri - 28 yaşlı Səbinə Vaqif qızı Əhmədova və 60 yaşlı Yeganə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO