Müharibə veteranı olan DJ evində ölü tapıldı
Bizi izləyin

Hadisə

Müharibə veteranı olan DJ evində ölü tapıldı

Azərbaycanlı DJ Murat Pika (Murad Abbaslı) vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun “beatmaker”i olduğu “Destroy” leyblı məlumat yayıb.

Xəbərdə deyilir ku, beatmaker avqustun 29-u evində ölü tapılıb. Məlumata görə, 27 yaşlı Pika yuxudan oyanmayıb.

Qeyd edək ki, Murat “Rock”, “Jazz” və “Blues” qruplarının aparıcı üzvü olub. O, gitarist, pianist, bəstəkar, beatmaker, DJ olmaqla yanaşı, həm də İkinci Qarabağ Müharibəsi veteranı idi və iki medal ilə təltif edilmişdi.

(Olay.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm