Hadisə
Paytaxtın mərkəzində ərazini kim və necə özəlləşdirdi? - FOTO
Bakının mərkəzində piyada səkisinin xeyli hissəsi hasarlanıb.
Publika.az xəbər verir ki, Yasamal rayonu, B. Vahabzadə küçəsi, metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən həmin ərazi dünən hasara alınıb. Ərazidə hansı işlərin aparılması ilə bağlı heç bir məlumat yoxdur.
Uzun illər həmin ərazidə yaşıllıq zolağı olsa da, ötən il Təbii Sərvətlər və Ekologiya Nazirliyinin əməkdaşları ərazidəki ağacları başqa yerə köçürmüşdü.
Həmin vaxt Nazirliyin mətbuat katibi İradə İbrahimova məsələ ilə bağlı "trend"-ə açıqlama verərək ağacların köçürülmə səbəbini açıqlamışdı. Qurum rəsmisi bildirmişdi ki, ağacların ərazidən köçürülməsinə səbəb yerin atlından keçən kabeldir:
“Ağaclar olduğu ərazidə yerin altından kabeldə nasazlıq baş verib. Problemi aradan qaldırmaq üçün həmin ərazidəki ağaclar çıxarılaraq digər əraziyə köçürülüb”.
Bir ildən sonra isə həmin ərazi hasarlanıb. Yeni obyekt tikiləcəyi iddia olunur.
Yasamal rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsnin müdiri Xaqan Teymurov "trend"-ə faktı təsdiqləsə də, ərazinin hansı səbəbdən hasarlanması barədə məlumat verməyib.
Şöbə müdiri bildirib ki, həmin ərazi özəlləşdirilib, şəxsi əmlakdır və əmlak sahibi özü həmin yeri hasara alıb və tikinti ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə layihə təqdim edib.
"Həmin ərazi şəxsi yerdir, sənədləri də var. Sahibkar həmin ərazini hasara alaraq İcra Hakimiyyətinə layihə təqdim edib. Hazırda həmin layihənin təsdiqlənməsi işləri həyata keçirilir",- deyə şöbə müdiri bildirib.
Şöbə müdiri qeyd edib ki, sahibkar hələlik ərazidə heç bir tikinti işləri aparmır: "Onun hələlik orada tikinti aparmağa icazəsi yoxdur. İcazə alandan və layihə aidiyyəti qurumlar tərəfindən təstiqlənəndən sonra orada tikinti işləri apara bilər".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)















.jpg)







.jpg)


