Hadisə
15 yaşlı qızı qaçırıb cinsi əlaqədə olan şəxs tutuldu
Gədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs həbs edilib.
Publika.az xəbər verir ki, rayonun Çobankənd sakini olan 2001-ci il təvəllüdlü Xanlar Əsgərov (soyad şərtidir) 2007-ci il təvəllüdlü, Şahdağ kənd sakini olan sevgilisi Kəmalə Əliyevanı bu ilin 6 mart tarixində qaçırıb.
Kəmalə ailə üzvləri ilə tanış olub, onlarla birgə yaşamağa başlayıb. Bundan sonra Xanlar Kəmalə ilə ər-arvad münasibətlərində olmaqla birgə yaşamağa başlayıb. O, yeniyetmə qızla bir neçə dəfə cinsi əlaqədə olub.
Məhkəmədə ifadə verən yeniyetmənin anası bildirib ki, Xanlar 2022-ci ilin əvvəllərindən etibarən qızı Kəmalə ilə ailə qurmaq istəyib:
“Qızım Kəmalə 16 yaşına çatmadığı üçün evlənməsinə razılıq vermədik. Buna baxmayaraq, 6 mart 2022-ci il tarixdə gecə saatlarında Kəmalə Xanlarla əvvəlcədən danışıb razılaşaraq evdən qaçıb. Kəmalənin qaçdığını biləndən sonra Xanların valideynləri ilə söhbət etdik. Kəmalə artıq qaçdığı üçün geri qaytarmağa cəhd göstərmədik. Həmin gündən sonra isə Kəmalə ilə Xanlar ər-arvad münasibətlərində yaşamağa başlayıblar. Hazırda onlar normal ailə kimi yaşayırlar və çox xoşbəxtdirlər”.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə X.Əsgərov Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
(Unikal)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi