Hadisə
Metroda eskalator dayandı: Xəsarət alan var?
Metropolitenin “Sahil” stansiyasında eskalatorda texniki nasazlıq yarandığı, nəticədə sərnişinlərin xəsarət alması ilə bağlı məlumat yayılıb.
Publika.az xəbər verir ki, hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir.
İddia olunur ki, bu zaman eskalatorda olan sərnişinlər bir-birinin üstünə yıxılıb, nəticədə xəsarət alanlar olub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, eskalator dayanıb, amma xəsarətlə bağlı hər hansı məlumat daxil olmayıb:
“Sərnişinin ehtiyatsızlıq və ya zərurət olmadan təhlükəsizlik düyməsini sıxması səbəbindən eskalator dayanıb. Xəsarətlə bağlı “Bakı Metropoliteni”nin əməkdaşlarına müraciət edən olmayıb, eyni zamanda biz də müəyyən etməmişik. Belə bir hal olduğu təqdirdə, işçilərimizə müraciət olunur və onlar dərhal nəzarətə götürülür. Eskalator yoxlanılıb, heç bir texniki nasazlıq müəyyən olunmayıb. Bu, hər bir stansiyada baş verə bilər”.
Akqabay Mıradov
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























