Hadisə
Biləsuvardakı ağır yol qəzasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Publika.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkət edən və içərisində magistral qaz kəmərinin çəkilişində iştirak edən işçilərin olduğu "BMW" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhübbə oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu hadisə yerində ölüb. 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlardan artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edir.
Hadisəyə ilkin səbəb kimi minik avtomobilinin qəfil dönməsi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)
xxx
11:12
Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.
Publika.az-ın məlumatına görə, yaralı şəxslər xəstəxanaya aparılıblar.
Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
xxx
10:05
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)