Gəncədə GÜCLÜ YANĞIN: sakinlər təxliyə olundu
Bizi izləyin

Hadisə

Gəncədə GÜCLÜ YANĞIN: sakinlər təxliyə olundu

Gəncə şəhərində 4 mərtəbəli binada yanğın olub, yaxınlıqdakı mənzillərdə yaşayanlar təxliyə olunub.

Publika.az xəbər verir ki, şəhər ərazisində 4 mərtəbəli binanın 4-cü mərtəbəsində, 1978-ci il təvəllüdlü Rizvan Əliyevə məxsus mənzilin mətbəxində yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.

Təhlükəsizlik nəzərə alınaraq yanğının olduğu mənzilə yaxın yaşayan sakinlər təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm