Hadisə
14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu
Ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş şəxslərin məhkəməsi başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızı hədələyərək və görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm oxunub. Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, kənddə babası ilə birgə yaşayan 14 yaşlı qız hazırlığa gedərkən oğlanların hədəsi ilə üzləşib. Onlar yeniyetmə qızı qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur ediblər.
Xatırladaq ki, həmin vaxt bu hadisə ilə bağlı kənddə qarşıdurma baş vermişdi. Sakinlər və qızın qohumları oğlanların ailələrinin Kətəlparaqdan çıxıb getməsini tələb edirdilər. Baş vermiş insident Bərdə Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra aradan qaldırılmışdı.
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?