Hadisə
Bir ailəni məhv etmək istəmişdi - Psixiatrik xəstəxanaya göndərildi
Ötən ilin fevral ayında Şəmkirdə qonşuluqda yaşayan şəxsin evinə daxil olaraq 3 nəfəri bıçaqlayan 1990-cı il təvəllüdlü Fuad Məmmədovun məhkəməsi başa çatıb.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində fevralın 1-də keçirilən prosesdə qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada ittiham edilən F.Məmmədovun cinayəti törədərkən anlaqsız olması bildirilib. Əvvəllər dəfələrlə psixiatrik xəstəxanada müalicə olunan şəxs cinayət məsuliyyətindən azad edilib.
Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələri üzrə təqsirli bilinən gəncin paranoid şizofreniya diaqnozu ilə ixtisaslaşmış psixiatrik xəstəxanada məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, hadisə 2023-cü ilin fevralın 24-ü gecə saat 01 radələrində qeydə alınıb. Belə ki, Fuad gecə qonşunun evinə qanunsuz daxil olaraq 1968-ci il təvəllüdlü Natiq Abbasov, onun 1972-ci il təvəllüdlü həyat yoldaşı Sevda Abbasova və nəvələri olan 2014-cü il təvəllüdlü qızı bıçaqlayıb. Çoxsaylı xəsarətlər alan şəxslər xəstəxanaya çatdırılıb.
Hadisə Abbasovlar ailəsi yatdığı zaman baş verib.
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır










.jpg)



.jpg)



.jpg)




.jpg)











