Bakıda faciəvi şəkildə ölən gənc çempion imiş - FOTO
Bizi izləyin

Hadisə

Bakıda faciəvi şəkildə ölən gənc çempion imiş - FOTO

Xəbər verildiyi kimi, martın 1-də metronun “Koroğlu” stansiyasının qarşısında “Bakubus” MMC-yə məxsus avtobus gən coğlanı vuraraq öldürüb.

Publika.az-ın əldə etdiyi məlumata görə, avtobusun altında qalaraq vfat edən 26 yaşlı İbrahimov Oruc İbrahim oğlu peşəkar idmançı imiş.

O, bir neçə il əvvəl Memarlıq və İnşaat Universitetində təhsil alarkən Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiadada bütün rəqiblərini məğlub edərək çempion olub.

Təhsilini başa vurduqdan sonra işləməyə başlayan O. İbrahimov həm də idmançı kimi fəaliyyətinə davam edirmiş.

Qeyd edək ki, ailəli və bir uşaq atası olan Orucun nəşi təyyarə ilə Naxçıvana aparılıb və orada dəfn edilib.

Baş vermis hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm