İş adamı qızı tərəfindən bıçaqlandı - FOTO
Bizi izləyin

Hadisə

İş adamı qızı tərəfindən bıçaqlandı - FOTO

"Yamaha Motors"un prezidenti Yoşihiro Xidaki bıçaqlanıb. Onun 33 yaşlı qızı tərəfindən bıçaqlandığı ehtimal edilir.

Publika.az xəbər verir ki, bu barədə “The Asahi Shimbun” nəşri məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, səhər saat 3 radələrində qız polisə zəng edərək atasının onu döydüyünü bildirib.

Hadisə yerinə gələn polis Xidakini bıçaqlanmış vəziyyətdə aşkar edib. O, polisə deyib ki, ona yuxuda olarkən hücum ediblər.

Xidakinin qızı adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılıb. Ata ilə qız arasında münaqişənin səbəbi hələlik məlum deyil. Yalnız o məlumdur ki, onların münasibətləri normal olmayıb və aralarında davamlı mübahisə olub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm