Avtobus körpüdən aşdı. 45 zəvvar öldü: Təkcə 8 yaşlı qız...
Bizi izləyin

Hadisə

Avtobus körpüdən aşdı. 45 zəvvar öldü: Təkcə 8 yaşlı qız...

Cənubi Afrikada avtobusun körpüdən aşması nəticəsində azı 45 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə SABC radiosu məlumat yayıb.

Hadisə səhər saatlarında Limpopo əyalətində baş verib. Avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil körpüdən aşıb və Mokopane və Marken arasındakı dağ keçidində alovlanıb. Nəticədə 45 nəfər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.

Respublikanın nəqliyyat naziri Sindisive Çikunqanın sözlərinə görə, hadisə nəticəsində səkkiz yaşlı qız sağ qalıb və o dərhal xəstəxanaya aparılıb, daha bir qadın isə tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, avtobusda olan sərnişinlər Moriya kilsəsində Pasxa konfransı üçün Saint-Engenas şəhərinə gedən zəvvarlar olub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm