4 erməni əsgər öldü, 20 yaralı var - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

4 erməni əsgər öldü, 20 yaralı var - YENİLƏNDİ

Ermənistanda hərbçilərin düşdüyü qəzada yaralananların sayı açıqlanıb.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 20 nəfər yaralının olduğu bildirilib.

***

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb. Yaralıların olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm