Trampı öldürmək istəyən erməni çıxdı: Saxta sənədlərlə gəzir, amma iddia edir ki... - FOTO
Bizi izləyin

ABŞ

Trampı öldürmək istəyən erməni çıxdı: Saxta sənədlərlə gəzir, amma iddia edir ki... - FOTO

Mənə qarşı irəli sürülən ittihamlar yalandır.

Publika.az "Fox News Digital" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatına üçüncü sui-qəsd cəhdində ittiham olunan 49 yaşlı Vem Miller deyib.

Onun həbsi spekulyasiyalara səbəb olub. Lakin o, tez bir zamanda 5000 dollar girov qarşılığında sərbəst buraxılıb və hələ də heç bir federal ittiham irəli sürülməyib.

"Mən həmişə yük maşınımın arxasında silahla səyahət edirəm", - deyə Miller müsahibəsində deyib.

O, bildirib ki, heç vaxt silahlarla gəzməyib, lakin ölümlə hədələnəndən sonra onları daşımağa məcbur olub.

Miller 30 il mediada çalışdığını və orta məktəbi bitirdikdən sonra işə başladığını bildirib. O, həmçinin ən yaxşı sənətçilərlə musiqi videoları və televiziya şouları üzərində işləyib və media senzurasına qarşı mübarizə aparmaq üçün "America Happens Network"u yaradıb. Məhz bu işi gördüyü üçün ölüm təhdidləri almağa başlayıb. Maşında olan bütün saxta şəxsiyyət vəsiqələri və pasportlar barədə soruşduqda, Miller onların heç birinin saxta olmadığını bildirib.

Miller bəyan edib ki, ermənidir və onun tam erməni adını göstərən sənədləri var. O, həmçinin bildirib ki, erməni olduğunu gizləmək üçün saxta sənədləri də var.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm