Nida Təhlil
Sabiq nazir sülh müqaviləsindən DANIŞDI: "COP29 zamanı..."
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırıldığını iddia etdi. Amma daha sonra erməni tərəfi bunu təkzib elədi. Nə baş verir? Prosesi bu səviyyədə manipuliyasiya etməkdə məqsəd nədir?
- Hazırda Ermənistan daxilində ziddiyyətli durum yaranıb. Verilən bəyanatlar da bu mənzərəni əks etdirir. Zamanla hər şey üzə çıxacaq. Həqiqət gec-tez bilinəcək.
- COP29-a qədər sülh sazişinin imzalanacağı ehtimal edilir. Artıq zaman da daralır...
- Hadisələrin üst-üstə düşməsi sülh prosesinə təkan kimi qiymətləndirilə bilər. Sənəddə öz əksini tapmış bir çox məsələlərin həlli və icrası isə gələcəkdə mümkün olacaq. Bəzi mövzulara aid danışıqlar davam etməlidir. Ona görə də, COP29 dövründə razılaşmaya imza atılması, nəzərdə tutulan məsələlərin həllini tapması demək deyil. Bu daha çox siyasi əhəmiyyət kəsb edən məsələlərdir. Konkret olaraq isə Azərbaycanla Ermənistan arasında olan məsələlərin həlli üçün uzun bir zaman lazım olacaq.
- Daha çox hansı məsələlərin uzaq perspektivdə həlli gözlənilir?
- Sülh razılaşmasında 3-4 bəndin həlli çətin və vaxt aparacaq prosesləri əhatə edir.
- Yəqin ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupundan imtina nəzərdə tutulur?
- Bu iki məsələ əsas şərtlərdəndir. Amma digər məsələlərin nədən ibarət olduğunu söyləmək çətindir. Ola bilsin ki, bu sərhədlərlə bağlı məsələləri əhatə edir. İndiki mərhələdə qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq məsələsi mümkün deyil. Çünki delimitasiya və demarkasiya prosesi hələ də davam edir.
- Ermənistan Konstitusiyasının Azərbaycanla imzalanacaq sülh müqaviləsinə əngəl olmadığı iddia edilir. Bu nə dərəcədə məntiqli əsaslandırmadır?
- Konstitusiya mövzusunun arxasında böyük məsələlər var. İndiyə kimi Ermənistan öz siyasi məsuliyyətini qəbul etmək istəmir. Bu ölkə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən, torpaqlarımızı işğal edən tərəfdir. Ona görə də, Ermənistanın işğal siyasətinin arxasında olan ideoloji məsələlər aradan qaldırılmaldır. Burada Azərbaycana vurulmuş ziyana görə, təzminat məsələsi də həllini tapmalıdır. Bunlar həllini tapmasa, davamlı sülh barədə fikirləşmək olmaz.
- Siyasi məsuliyyət dedikdə hansı amillər nəzərdə tutulur?
- Ermənistanda hələ də sağ olan keçmiş hərbi canilər var. Keçmiş prezident Levon Ter-Petrosyan və digərlərinin məsuliyyət məsələsi həll olunmalıdır. Çünki Petrosyanın dövründə Azərbaycan əraziləri işğala məruz qalıb. O bu fakta görə siyasi məsuliyyətə cəlb edilməlidir.
-
Nida Təhlil 11:02Trampın Türkiyə səfərinin pərdəarxası: Regionda nələr dəyişir?
-
MDB10:14Əlacsız qalan ruslar benzini evdə hazırlayırlar: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya09:25Almaniyadan Türkiyə həmləsi: Etiraf etdilər ki...
-
Region08:50İran ABŞ-ın PUA-sını vurdu
-
Yaxın Şərq08:40İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum etdi
-
Hadisə08:30Ağdərədə mikroavtobus dərəyə aşdı - Çox sayda yaralı var
-
Sağlamlıq08:00Baş ağrısından xilas olmaq üçün İDEAL PƏHRİZ
-
İdman07:30Haalandın bu paylaşımı milyonlarla bəyənmə aldı
































.jpg)






